Rusiyanın qaz nəhəngi «Qazprom» tarixində ilk dəfə olaraq zərərlə işləməyə başlayıb.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, «Qazprom» Rusiya mühasibət uçotu standartları ilə 2020-ci ilin birinci rübünü 366 milyard rubl və ya 5,1 milyard dollar zərərlə başa vurub.
Eləcə də bax: "Qazprom" Türkiyəyə qazın nəqlini - MÜVƏQQƏTİ DAYANDIRIR
Maraqlıdır ki, bu hal qış mövsümündə – bir qayda olaraq «Qazprom» üçün gəlirli bir dövrdə baş verib. Adətən qışdı qaza tələbat və şirkətin ixracı artır, nəticədə birinci rübdə əldə edilən mənfəət şirkətin 2-ci və 3-cü rübdə etdiyi zərərləri də qapayırdı. Ümumiyyətlə illik mənfəətin böyük hissəsi məhz 1-ci rübdə formalaşırdı, şirkət üçün digər əhəmiyyətlii dövr – qış mövsümünün başlandığı 4-cü rüb sayılır. Məsələn ötən ilin 1-cü rübünü şirkət 200 milyard mənfəətlə başa vurmuşdu. Amma indi «Qazprom» elə ilk rüb zərər edib. Qod nazad kompaniə poluçila pribılğ v razmere poçti 200 milliardov rubley.
Ekspertlər bildirir ki, bu il «Qazprom»un əsas problemi anormal isti qış, Avropadakı qaz anbarlarının dolu olması olub. Eləcə də, Avropaya sıxılmış qazın ixracı da «Qazprom»un bazarına təsirsiz ötşməyib. Bütün bunlar son nəticələ həm satışların azalmasına, həm də qiymətlərin enməsinə və şirkətin gəlirlərinin azalmasına səbəb olub.