“Şimal axını” (“Nord Stream-1” – red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb. Bu gün Portovaya kompressor stansiyasında işlək vəziyyətdə qalan yeganə qaz vurma qurğusunda təmirə başlanılıb.
Eləcə də bax: “Qazprom” Fransaya qaz təchizatını - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkətinin məlumatında bildirilir.
““Şimal axını” ilə tədarük tamamilə dayandırılıb və bu gün qaz vurma qurğusunda planlı-xəbərdaredici işlərə başlanılır”, - məlumatda deyilir.
Qeyd edək ki, “Nord Stream-1” Rusiya ilə Almaniya arasında magistral qaz kəmərinin Baltik dənizinin dibi ilə keçən hissəsidir. (Apa)