Moldovanın Baş naziri Natalya Qavrilitsa oktyabrın 10-da Azərbaycana səfərə gəlib.
Eləcə də bax: Moldovanın baş naziri qaz almaq üçün Bakıya - GƏLƏCƏK
FED.az xəbər verir ki, Bakı hava limanında baş naziri Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək kİ, Moldova hökumətinin rəhbərinin Bakıya səfəri bu ölkənin Rusiya ilə qaz mübahisəsi fonunda baş verir.
Rusiyanın «Qazprom» şirkəti Moldovanın qazını kəsəcəyini elan edib.
FED.az xəbər verir ki, buna səbəb qaz pulu ödənişi ilə bağlı problemlərdir.
Son vəziyyətə görə, «Qazprom» Moldovaya oktyabr ayı ərzində gündə 5,7 mln kubmetr qaz verəcəyini təsliqləyib, amma bildirib ki, Moldova tərəfinin qaz pulu borcuna görə istənilən an qazı dayandıra bilər. Bunu «Moldovagaz» şirkətinin rəhbəri Vadim Çeban da təsdiqləyib. Onun sözlərinə görə, 1994-2015-ci illərdə alınan qaza görə, Moldovanın Rusiyaya 433 milyon dollar qaz pulu borcu var, faizləri də hesablayanda bu məbləğ 709 milyon dollara çatır.
Moldova tərəfi isə bildirir ki, Rusiya tərəfi qaz borcunu Moldovaya təzyiq kimi istifadə etmək istəyir və qazı kəsməklə hədədəyir.
«Qazprom» elan edib ki, Moldovanın qaz borcunu oktyabrın 20-dək ödəməsini gözləyir. Əks halda qaz venrilişi dayandırılacaq.
Cavabında Moldova tərəfi elin edib ki, belə olsa, «Qazprom» məhkəməyə veriləcək.
Moldovanın parlamentinin sədri İqor Qrosu bildirib ki, əgər oktyabrda verilən qazın həcmi azalsa, rəsmi Kişinyov «Qaz prom»u məhkəməyə verəcək. «biz hazırlaşmalı və məhkəməyə müraciət etmək üçün sənədləri toplamalıyıq, təbii ki, biz Sankt-Peterburqdakı məhkəməyə müraciet etməyəcəyik»-deyə parlament sədri işarə edib ki, mübahisə beynəlxalq məhkəmədə araşdırılacaq.