Xəbər verildiyi kimi, Tarif Şurasının qərarı ilə ölkədə təbii qadın və elektrik enerjisinin qiymətləri növbəti dəfə artırılıb.
TƏCİLİ: Tarif Şurası qazın və elektrik enerjisinin - QİYMƏTİNİ ARTIRDI - YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu dəfə qiymət artımı əhali qrupuna, o cümlədən qazı və enerjini əz işlədən təbəqəyə, eləcə də kiçik və orta biznesin geniş təmsil olunduğu sənaye və kənd təsərrüfatı sahələrinə də aid olacaq.
Qaz kimlər üçün nə qədər bahalaşdı:
Yeni qərara əsasən əhalinin qazı ən az işlədən təbəqəsi üçün qiymət 20% artıb. Belə ki, ayda 1200 m3-dək qaz istifad edən əhali istifadəçiləri üçün min kubmetrin qiyməti 100 manatdan 120 manat yüksəlib. Bundan artıq istifadə olunan qaz həcmləri üçün qiymətlər dəyişməyib - 1200 m3-2500 m3 istifadə edənlər üçün qiymət 200 manat, 2500 m3-dən çox istifadə edənlər üçün isə qiymət 250 manat qalıb.
Biznes sektorunda sənaye və kənd təsərrüfatı sahəsində çalışanlar üçün qazın 1 min kubmetrinin qiyməti 200 manatdan 220 manata yüksəldilib – artım 10%-dir.
“Azəristiliktəchizat” ASC və məhəllə qazanxanaları üçün də qiymətlər artaraq 1 min kubmetr üçün 130 manatdan 165 manata yüksəlib – artım 27%.
Və qərarın maraqlı hissəsi - CNG tipli qazdoldurma məntəqələri üçün də qazan qiyməti 1 min kubmetr üçün 130 manatdan 165 manata qaldırılıb – artım 27%.
Eləcə də qeyd edildiyi kimi, «Azerenerji» ASC üçün qazın qiyməti 130 manatdan 165 manata yüksəlib.
Elektrik enerjisi kimlər üçün nə qədər bahalaşdı
Yuxarıda qeyd edildiyi kimi, bu dəfəki artımın fərqli cəhəti qiymətlərin kiçik istifadəçilər üçün də artmasındadır. Bu elektrik enerjisinə də aiddir.
Əhali üçün qiymət artımı
Belə ki, indiyədək elektrik enerjisi tariıflərində tətbiq edilən diferensial (yəni istifadə həcmindən asılı olan) tariflər aylıq 300 kilovat saata qədər olan həcmdən sonra başlayırdı. Bu həcmə qədər istifadə edildikdə qiymət 7 qəpik, bundan artıq 11 qəpik idi.
Dəyişiklikdən sonra isə enerjidən az istifadə edənlər üçün də qiymət artacaq. Belə ki, indi minimum qiymət 7 qəpikdən 8 qəpiyə qaldırılıb, bu qiymətə tariflərlə işıq pulun yalnız 200 kilovattsaata qədər enerji istifad edənlər ödəyəcək. 200 kilovattsaatdan artıq istifadə edənlər enerji pulunu 9 qəpikdən, 300 kilovat saatdan istifadə edənlər isə 11 qəpik əvəzinə 13 qəpikdən ödəyəcəklər.
Biznes üçün qiymət artımı
Ticarət və xidmət sektoru üçün enerji tarifi 22% bahalaşaraq 9 qəpikdən 11 qəpiyə qaldırılıb.
Digər istifadəçilər üçün isə qiymətlər 9 qəpikdən 10 qəpiyə qalxıb.
Ölkədə elektrik enerjisinin əsas istifadəçilərindən olan alüminium sənayesi üçün gecə gündüz qiymətləri hər kilovatt saat üçün 2,8-5,8 qəpikdən 3,1-6,4 qəpiyə yüksəldilib.