Qazaxıstan “Kaşaqan”, “Karaçağanak” və “Tengiz” yataqlarındakı quyularından bu il ümumilikdə 44,3 milyon ton neft hasil etməyi planlaşdırır.
Bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. Nazir bildirib ki, bu il “Kaşaqan”da 5 milyon ton neft və 3,1 milyard kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Cari ilin ilk 4 ayında buradan 2,2 milyon ton neft hasil edilib.
İl ərzində “Karaçağanak” quyusundan 11,8 milyon ton neft və 18 milyard kubmetr qaz, “Tengiz”dən isə 27,5 milyon ton neft və 4,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır.
Azertag©