“Bu qanunun qəbulu enerji resurslarına qənaət edilməsinə, ətraf mühitə atılan emissiyaların azaldılmasına səbəb olacaq”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Milli Məclisin bu gün keçirilən plenar iclasında “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Doğru qeyd olundu ki, qaz sərfiyyatı azalacaq, eyni zamanda, bu sahəyə özəl sektorun, investisiyaların cəlb olunmasına şərait yaradacaq. Qanun qüvvəyə mindikdən sonra əsas məqsəd çoxmənzilli yaşayış binalarına aid mənzillərin vahid istilik mənbəyindən təmin olunmasıdır", - deyə nazir müavini bildirib.