“Mexaniki qaz sayğaclarına smart cihazların quraşdırılmasında məqsəd istehlakçıların rahatlığının təmin olunmasıdır. “Ağıllı” qurğular vasitəsilə abonentləri narahat etmədən bütün məlumatları uzaq məsafədən öyrənmək mümkündür”.
Eləcə də bax: Azərbaycanda istilik və isti su təchizatı xidmətləri sayğaclaşdırılacaq - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu sözləri Xəzər TV-nin “Xəbər Ertəsi” verilişinə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Elçin Qocayev bildirib.
Onun sözlərinə görə, smart cihazlar həm də yaranan nasazlıqları vaxtında aradan qaldırmağa şərait yaradacaq.