Yeni ilin ilk günündən etibarən təbii qazın illik limiti sıfırlanacaq.
FED.az xəbər verir ki, Smart İTRON məişət qaz sayğaclarında bu limit avtomatik qaydada hesablandığı halda, mexaniki qaz sayğaclarında "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının monitorinqi ilə müəyyənləşdirilir.
Eləcə də bax: “Azəriqaz” smart tipli sayğac quraşdırmağı - DAYANDIRDI
"Azəriqaz" İstehsalat Birliyindən bildiirlib ki,mexaniki qaz sayğaclarında limitlərin hesablanmasına yeni ilin ilk iş günündən başlanılacaq. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar.Bu işə isə yeni ilin ilk iş günündən başlanılacaq.
Qurumun mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, mexaniki sayğaclarda limitlər növbəti ayın 10-na qədər hesablanıb yekunlaşacaq. Növbəti illik limitdə də məhz son hesablanan gündən müyyənləşəcək. Bununla yanaşı, qurumun rəsmisi onu da bildirib ki, elektron sayğaclarda karta edilən mədaxilin hansı tarixdə əlavə edilməsinin limitiə heç bir fərqi yoxdur.
Qeyd edək ki, smart-kart tipli sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.
Xəzərxəbər