“Azəriqaz” İB abonentlərə müraciət edib.
FED.az-a daxil olan məlumatda qeyd olunur:
“Əgər belə bir kəskin hava şəraitində mənzilinizdə istifadə etdiyiniz qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Bu sahədə əməkdaşlarımız yardım göstərəcəklər.
Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq.
Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya Whatsapp nömrəmizə (077 3 104 104) yazsın”.