Vladimir Putin və Donald Trump telefon danışığı zamanı neft bazarındakı məsləhətləşmələr barədə razılığa gəldilər.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat verib.
Tərəflər arasındakı telefon danışığı bazar ertəsi günü baş tutub və Amerikanın təşəbbüsü ilə başlayıb.
“Dünya neft bazarının hazırkı vəziyyəti barədə də fikir mübadiləsi aparılıb. Enerji nazirləri arasında bu mövzuda məsləhətləşmələr aparmaq razılığına gəlinib”, – mesajda deyilir.
Xatırladaq ki, mart ayının əvvəlindən etibarən neft qiymətləri koronavirusun başlaması və OPEC+ sazişinin pozulması səbəbindən kəskin düşməyə başlayıb. Alyans ölkələri neft hasilarının azaldılması ilə bağlı ortaq razılığa gələ bilməyiblər. Nəticədə aprelin 1-dən istehsala tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılır.