Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Eləcə də bax: Vahid Ələkbərov “Lukoyl”dan getməsinin səbəbini açıqlayıb
FED.az xəbər verir ki, müvafiq sərəncam rəsmi hüquqi informasiya portalında dərc olunub.
“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Vahid Yusif oğlu Ələkbərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur”, - sənəddə deyilir.
Mükafatın iş adamına dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına böyük töhfəyə və uzun illər vicdanlı əməyinə görə verildiyi qeyd edilib. (Qafqazinfo)