Rusiya qışda Avropaya əlavə həcmdə qaz tədarük etməyə hazırdır.
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxışında bildirib.
“Əgər biz avropalılarla “Şimal axını 2”-nin zədələnməmiş qolu vasitəsilə qaz tədarük etmək barədə ümumi qərara gəlsək, Rusiya buna hazırdır. Zədələnməmiş xəttin qaz tutumu 27,5 milyard kubmetrdir, bu da Avropanın bütün qaz idxalının təxminən 8%-ni təşkil edir. Rusiya bu tədarükə başlamağa hazırdır. Top Avropa İttifaqının tərəfindədir. İstəsələr, kranı açsınlar və bu qədər...”- deyə Putin vurğulayıb. (Apa)