Rusiya prezidenti Vladimir Putin Türkiyədəki qaz mərkəzi ilə bağlı açıqlama verib.
Rusiya 2030-cu ilə kimi Şərqə 88 mlrd. kubmetr qaz - İxrac Etmək Niyyətindədir
FED.az xəbər verir ki, Putin, "Türkiyənin təbii qaz infrastrukturunun əhəmiyyətli potensialı var. Qarşıdakı aylarda qurulacaq təbii qaz mərkəzində elektron ticarət platforması yaradıla bilər" deyib.
Avropalı istehlakçılar üçün təbii qazın qiymətinin daha çox Türkiyədəki mərkəzdə müəyyənləşəcəyini qeyd edən Putin, “Avropanın öz mərkəzlərində baş verənlər çılğınlıqdır” deyib. (Marja)