Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə “Türk axını”nı Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biri adlandırıb.
Eləcə də bax: Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı - Qarabağı Müzakirə Etdi
FED.az xəbər verir ki, “Qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız “Türk axını” bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir”, - Rusiya lideri Türkiyə prezidenti ilə görüşü açaraq deyib.
Putin əlavə edib ki, “Türk axını” problemsiz işləyir və avropalı tərəfdaşlar buna görə Türkiyəyə minnətdar olmalıdırlar.
“Türk axını” bizim karbohidrogenlərin tədarükü üçün bütün digər istiqamətlərdən fərqli olaraq, düzgün, ritmik, heç bir nasazlıq olmadan işləyir” deyən Putin, təkcə Türkiyədəki istehlakçılar üçün deyil, həm də Avropadakı istehlakçılar üçün tədarük nəzərdə tutduğunu qeyd edib.
“Məncə, Avropalı tərəfdaşlar qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır”, - Rusiya dövlətinin başçısı vurğulayıb. (Marja)