FED.az Banker.az-a istinadən xəbər verir ki, Rusiyanın Uzaq Şərq bölgəsi Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Putin Qərb dünyasına meydan oxuyub: “Biz qaz, neft, kömür, mazutu verməyəcəyik. Biz heç nə verməyəcəyik. Qərb donacaq”.
Eləcə də bax: KİV: Rusiyadan qazın qiymətinə limitin tətbiqi təklifi - DƏSTƏKLƏNMƏYİB
Rusiya ilə Ukrayna arasında müharibə fevralın 24-dən davam edir. O vaxtdan bəri bir çox Avropa ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq edib, Rusiyanın təbii qaz şirkəti “Qazprom” isə müxtəlif səbəblərdən ixracını azaldıb. “Qazprom” “Şimal axını” boru kəmərindən təbii qaz nəqlini də “qeyri-müəyyən müddətə” dayandırıb.
Rusiyanın qaz nəhəngi “Qazprom” “Şimal axını” qaz kəmərini Avropaya yenidən açmayacağını açıqlayıb.