- Tüpraş şirkətinə məxsus, Türkiyənin ən böyük həcmli yanacaq avto-tankeri doldurma imkanı olan, Kırıkkale Neft email zavodunun texniki qulluq və təmir işləri
- İki yeni mühüm müqavilə bir daha Prokonun etibarlı həll tərəfdaşı kimi təsdiq edir
FED.az xəbər verir ki, prokon şirkətinin Türkiyədəki törəmə şirkəti olan Prokon Makina, İnsaat, İmalat, Montaj, Sanayi ve Ticaret Ltd. Şirkəti (Prokon Türkiyə) məmnunluq hissi ilə bildirir ki, Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) şirkəti ilə Kırıkkale Neft emalı zavodunda texniki qulluq, təmir və qurğuların yeniləri ilə əvəz edilməsi işlərinə dair iki müqavilə imzalamışdır.
Prokon Türkiyə müqavilələr çərçivəsində fevral ayının əvvəlində başlamış və 2023-cü ilin mart ayının sonunadək bitməsi planlaşdırılan texniki baxım üçün işlərin dayandırıldığı müddət ərzində statik avadanlıqlara texniki qulluq və təmir işlərini, kolon və bacanın dəyişdirilməsini təmin edəcək.
Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Daha öncə Prokon Tüpraşın İzmit Neft email zavodunda önəmii texniki qulluq və təmir işlərini müvəffəqiyyətlə həyata keçirmişdir.
İndi isə, Türkiyənin daunstrim (xam neftin son məhsullara çevrilməsi əməliyyatları) nəhənginin digər zavodu – Kırıkkale Neft emalı zavodunun mühüm texniki baxım paketinin Prokona həvalə edilməsini onun etibarlı həll tərəfdaşı olduğunu göstərir.”
Kırıkkale Neft emalı zavodunun illik xam neft hasilatı gücünün 5,4 milyon ton təşkil etdiyini nəzərə alsaq, bu layihəni Prokon şirkətinin portfelində böyük uğur hesab etnək olar. O, həmçinin Türkiyənin ən böyük yanacaq avto-tankeri doldurma imkanına malikdir, həmçinin regional enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.”
Qeyd edək ki, Nobel Energy şirkətlər qrupunun tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə yaradılan Prokon şirkəti, inteqrə edilmiş infrastruktur, eləcə də sənaye obyektlərinin və qurğularının tikintisi üzrə dizayn adoptasiyası, satınalma və tikinti xidmətləri həyata keçirir. Nobel Energy səkkiz ölkədə enerji, telekomunikasiya, yüksək texnologiyalar, tikinti sahələrində fəaliyyət göstərən, beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holdinqin tərkibinə daxildir.
Prokon haqqında daha ətraflı məlumat üçün: www.prokon.az
Tüpraş Türkiyədə yerləşən, xam neft və neft məhsullarının emalını həyata keçirən şirkətdir. Şirkətin İzmir, İzmit, Kırıkkale və Batman şəhərlərində neft email zavodları fəaliyyət göstərir və onların illik xam neft və neft məhsullarının hasilatı 33,2 milyon ton təşkil edir.