FED.az xəbər verir ki, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzaladı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Siyahı:
Sıra №-si |
Ərazi vahidləri |
|
Abşeron rayonu |
1. |
Qobu qəsəbəsində yeni massiv |
|
Xızı rayonu |
1. |
Qızılqazma kəndində yeni massiv |
2. |
Yarımca kəndində yeni massiv |
|
Siyəzən rayonu |
1. |
Qalaaltı kəndi |
2. |
Məşrif kəndi |
|
Şabran rayonu |
1. |
Ceyranlı kəndi |
2. |
Əmirxanlı kəndi |
3. |
Qazbabalı kəndi |
4. |
Vələsli kəndi |