“Havaların kəskin soyumasına baxmayaraq son sutka ərzində Birliyin 104/185 Çağrı mərkəzinə edilən zənglərin sayında artım qeydə alınmayıb. Geridə qoyduğumuz 12 saat ərzində isə daxil olan mürciətlərin sayı 700 olub ki, bunların da 276-sı debitor borcu olan abonentlərin payına düşür”.
“Azəriqaz”: Sayğacların üzərinə "ödənişsizdir" etiketi vurulacaq
FED.az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında bildirib.
Qurum rəsmisi havaların soyuması ilə daxil olan zənglərin operativ şəkildə cavablandırılması baxımından iş başında olan operatorların sayının artırıldığını da qeyd edib.
Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bəzi podratçı şirkətlərin abonentlərdən sayğac pulu adı ilə ödəniş tələb etməsi məsələsinə toxunub. Şöbə rəisi bununla bağlı Birliyə xeyli sayda müraciətin ünvanlandığını qeyd edərək gələcəyin abonentlərinə səslənib.