"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin (Türkiyə) Petkim yarımadasının ərazisində inşa etdirdiyi “Petlim” ticarət limanı 1.5 milyon konteyner daşınmasını həyata keçirib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Enerji A.S"nin baş icraçı direktoru Zaur Qəhramanov SOCAR Türkiyənin son ik il üzrə keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, Egey bölgəsinin ən böyük konteyner terminalı olan SOCAR Terminal bu layihəyə 400 mln. dollarlıq investisiya həyata keçirib. Bu terminal 1,5 milyonluq TEU tutumu olan bölgənin ən dərin (16,5 metr) terminallarından biridir.
Qeyd edək ki, tamamilə türk mühəndisləri türk podratçıları tərəfindən inşa edilən və iki mərhələdən ibarət olan SOCAR terminalın birinci mərhlələsi 14 dekabr 2015-ci ildə, ikinci mərhələsi isə 2017-ci ilin sentyabr ayında başa çatıb.
“Petlim” konteyner limanı ilk gəmini 2016-cı il dekbarın 6-da qəbul edib.