Türkiyənin Egey bölgəsi Sənaye Palatası 2016-cı ildəki fəaliyyətinə əsasən bölgədəki 100 böyük sənaye qurumunu müəyyənləşdirib.
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim” bu siyahıda ikinci sırada yer alıb.
Qeyd olunub ki, “Petkim” 4,153 mlrd. Türkiyə lirəsi (TRY) həcmində satış həyata keçirib.
Siyahıda birinci yerdə “Tüpraş”, üçüncü yedə isə “Philsa Philip Morris” qərarlaşıb.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.