Rusiyanın təbii qazının pulunun rublla ödənilməsi martın 31-də başlamır.
Eləcə də bax: Rusiyada neft nəqlinə dair məhdudiyyətlər - SOCAR-a TƏSİR ETMƏYƏCƏK
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya qazının pulunun rublla ödənilməsinə keçid prosesi hələ bir müddət uzanacaq: “Bu, sabah axşamdan ödənişə başlanılması məsələsi deyil. Ödəniş və tədarük məsələsi uzanan prosesdir”, - o bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ, Avropa İttifaqı və müttəfiqləri RF-yə qarşı sanksiya tətbiq edib. Onlara cavab olaraq Rusiya tədarük etdiyi təbii qazın pulunun rublla ödənilməsini tələb edir. (Report)