Azərbaycan kommersiya qazının Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub.
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Avropaya ilkin mərhələdə 4 qiqavat yaşıl enerji ixrac olunacaq
“TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) ilə boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən prosesləri dəyərləndirdik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.