Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4,2 milyard kubmetr qaz ixrac olunub.
"Avropaya uzun illər nəql ediləcək neft-qaz resurslarımız var"
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu aylar ərzində Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac olunub.
Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,8 milyard kubmetr qaz nəql edilib.
Bu ilin 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 % çoxdur.