Ermənistanın baş naziri Nokol Paşinyan «Qazprom Ermənistan» şirkətinin işilərinə xəbərdarlıq edib. O bildirib ki, məlum olsa ki, rəhbərlik onları mitinqə getməyə məcbur edir, onlara qarşı cinayət işi açılacaq.
Levon Ter-Petrosyan: "Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi"
FED.az xərici mətuata istinadən xəbər verir ki, Paşinyanın çözlərinə görə, hazırda «Qazprom Ermənistan»la bağlı məlumatlar alır – həmin məlumatlara görə, burada rəhbərlik işçiləri mitinqlərə getməyə məcbur edir, eləcə də 20 iyunda keçiriləcək seçkilərdə «kiməsə səs verməyi tapşırır».
«Əgər belə faktlar aşkar edilsə biz bununla məşğul olacağıq, belə faktların olduğu təsdiqlənsə, onun ağır nəticəəri olacaq»-deyə Paşinyan bildirib.
Baş nazir bildirib ki, iyulun 15-dək belə işlərlə məşğul olan işçilər minimum işdən azad ediləcək, bundan başqa cinayət məsuliyyəti də olacaq.
«Mən başa düşmürəm, «Qazprom Ermənistan» Ermənistan hökuməti və xalqına qarşı işləyir? Belə şeyləri ağıllarına da gətirməmələri üçün belələrini dəstə-dəstə mühakimə edəcəyik».
Bu bəyanatdan dərhal sonra «Qazprom Ermənistan» açıqlama verərək siyasi təşkilat olmadığını və siyasi-seçki proseslərinə qoşulmadığını bəyan edib.