Bu gün Milli Məclisin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
FED.az xəbər verir ki, qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.
Yeni qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 1998-ci il 3 aprel tarixli qanun ləğv edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.