"Palmali" şirkətlər qrupunun törəməsi "Palmali Denizçilik" "Litasco" şirkətini ("Lukoil" şirkətinin törəməsi - red.) məhkəməyə verib.
Türkiyə mətbuatının yazdığına görə, "Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. "Palmali" "Litasco"dan 2 mlrd. dollarlıq təzminat tələb edir.
Qeyd edək ki, "Lukoil" və "Palmali Denizçilik" cari ilin aprel ayında 10 illik neft və neft məhsullarının daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.