Benzinlə işləyən tibb, nəqliyyat vasitələri və havanın çirklənməsini ölçən cihazlarda istifadə edilən və platin qrupuna aid olan paladiumun dünya bazarında qiyməti tələbatın artması ilə 2001-ci ildən sonra ilk dəfə 1 000 dollar/unsiya həddini ötüb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, paladiumun qiyməti ilin əvvəlindən etibarən 47% artım göstərib. Qiymətli metalın bahalaşmasına səbəb son günlərdə qızıl və platinin qiymətinin artması amili olub. Qeyd edək ki, 2017-ci ildə qızıl 14%, platin 4,7%, gümüş isə 9% bahalaşıb.
Paladiumdan 70% avtomobil katalizatorlarının hazırlanmasında, 10% elektronika sənayesində, 5% kimya, 5% tibb, 5% investisiya və 5% zərgərlik sənayesində istifadə edilir.