“Reuters” agentliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı Pakistanın liman şəhəri Qvadarda 10 milyard dollar dəyərində neft emalı zavodu inşa edəcək.
FED.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının neft və energetika naziri Xalid Əbdüləziz əl-Falih məlumat verib.
Eləcə də bax: Azərbaycan neftinin qiyməti - MƏLUM OLDU
Bildirilir ki, zavodun inşası ilə bağlı saziş Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibnSalmanın fevral ayında İslamabada səfəri zamanı imzalanacaq. Bundan əvvəl isə Xalid Əbdüləziz əl-Falih bölgəyə gələrək zavodun tikiləcəyi yerlə əlaqədar araşdırmalar aparıb. Pakistanın neft naziri Qulam Sərvər Xan və dənizçilik naziri Əli Zəidi onu müşayiət ediblər. Pakistanın neft naziri bildirib ki, Səudiyyə Ərəbistanının yeni layihəsi onun Çin-Pakistan İqtisadi Dəhlizinə qoşulmasına kömək edəcək. İslamabad ötən ilin sentyabrında müvafiq təkliflə Ər-Riyada müraciət etmişdi.