Pakistanın energetika nazirinin neft üzrə müavini Musadiq Məsud Malik yaxın 2 ayda ehtiyacı ödəmək üçün Azərbaycandan əlavə 20 min ton təbii qaz idxal edəcəklərini açıqlayıb.
Avropa ölkələri Rusiya qazına qiymət limiti müəyyən etdi – MƏBLƏĞ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Malik bu barədə yerli televiziya kanalına verdiyi müsahibədə danışıb.
Yerli mətbuatda yer alan xəbərə görə, Malik bildirib ki, hökumət Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) təbii qaz boru kəməri layihəsi üzərində çalışır və layihə başa çatdıqdan sonra Pakistan Azərbaycandan təbii qaz idxal edəcək.
Malik vurğulayıb ki, ölkənin təbii qaz ehtiyatları ildən-ilə azalır və bu vəziyyət tələbatı xaricdən ödəmək üçün təzyiq yaradır.
Önümüzdəki 2 aylıq ehtiyacı ödəmək üçün Azərbaycandan əlavə 20 min ton təbii qaz idxal edəcəklərini açıqlayan Malik, Rusiyadan xam neft idxalını müzakirə etmək üçün 2023-cü ilin yanvar ayında Moskvadan nümayəndə heyətinin Pakistana gələcəyini bildirib.
Xatırladaq ki, Türkmənistan təbii qazını Əfqanıstan üzərindən Pakistan və Hindistana daşıyacaq Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) təbii qaz boru kəməri layihəsinin tikintisinə 2017-ci ildə başlanılıb.