Ötən il fevralın 25-dən bəri ilk dəfə olaraq hərracda Brent markalı neftin bir barelinin qiyməti 56 dollardan yuxarı qalxıb.
FED.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Şimal dənizi qarışığının mart fyuçerslərinin qiyməti 2,81% artaraq, barel üçün 55,91 dollardan 56,06 dollara çatıb.
Qeyd edək ki, WTI markalı xam neftin fevral fyuçerslərinin dəyəri isə 2,75% artaraq bir barel üçün 52,23 dollar təşkil edib.