Ölkənin ən böyük şirkəti olan Dövlət Neft Şirkətində (SOCAR) rəhbər işçilərə ödənilən bonusların məbləği açıqlanıb.
Eləcə də bax: Azərbaycanın ən böyük şirkəti 2 milyard manat - Xalis Mənfəət Açıqladı
FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə 2021-ci il ərzində əsas rəhbər heyətin kompensasiyası 1 milyon 342 manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 34 min manat azdır – 2020-ci ildə rəhbər işçilər 1 milyon 376 min manat kompensasiya almışdılar.
Bununla yanaşı, qeyd edək ki, SOCAR 2021-ci ili 2 milyard manat xalis mənfəətlə başa vurub, 2020-ci ildə isə SOCAR zərər etmişdi.
Xatırladaq ki, SOCAR-ın əsas rəhbərliyinə SOCAR-ın prezidenti, onun birinci vitse-prezidenti və on üç vitse-prezident daxildir. Qrupun bütün əsas rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Əsas rəhbər şəxslər təsdiq edilmiş əmək haqqı matrisinə uyğun olaraq SOCAR-ın əmək haqqı və müavinətləri, habelə Qrupun bəzi şirkətlərində Direktorlar Şurasının üzvləri kimi fəaliyyət göstərdikləri üçün kompensasiya almaq hüququna malikdirlər.