Ötən il ərzində Azərbaycanda 30,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən FED.az-a bildirilib ki, neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 7,8 milyon ton təşkil edib.
Bu dövrdə 25,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,1 milyon tonu konsorsiumun, 3,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il yanvarın 1-dək 629,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 584,7 milyon ton neft, “Şahdəniz”dən isə 44,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 627,3 milyon tonu ixraca nəql edilib.
2023-cü il ərzində ölkədə neft emalı 6,5 milyon tona yaxın təşkil edib.