2017-ci ilin may ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13743 metr qazma işi həyata keçirilib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 12277 metri istismara, 1466 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 63339 metr qazma işi görülüb ki, bunun da 57896 metri istismara, 5443 metri isə kəşfiyyata aiddir.
2017-ci ilin may ayında qazmadan alınmış 7, il ərzində isə 30 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Ötən ay SOCAR 13743 metr qazma işi həyata keçirib
12:00
6 İyun 2017