2017-ci ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10184 metr qazma işi həyata keçirilmişdir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 10130 metri istismara, qalanı isə kəşfiyyata aid olmuşdur.
Ümumiyyətlə, 2017-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93646 metr qazma işi görülmüşdür ki, bunun da 87208 metri istismara, 6438 metri isə kəşfiyyata aid olmuşdur. 
2017-ci ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.                               
                                                    
                                                    
                    Ötən ay SOCAR 10184 metr qazma işi həyata keçirib
 
                            
                            
                        
                            16:20
                            7 Sen 2017
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








