Cari ilin noyabr ayı ərzində 2 mln. 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.(Bu həcmin 1 mln. 528 min 526 tonunu SOCAR-ın nefti təşkil edib).
SOCAR-dan verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 mln. 753 min 98 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər Ceyhan limanından 317 mln. 946 min 870 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.