Səudiyyə Ərəbistanında "Saudi Industrial Investment Group" və "National Petrochemical Co"ın birləşməsilə yeni neft-kimya şirkəti qurulur.
Eləcə də bax: Azərbaycan və Türkiyə "Şahdəniz-1" müqaviləsinin - Vaxtını Uzatdı
FED.az xəbər verir ki, iki şirkətin birləşməsi nəticəsində 11,2 milyard dollar bazar dəyərinə sahib bir şirkət ortaya çıxacaq. Bu birləşmə, Səudiyyə Əərəbistanının qazanclılığı artırmaq istəyən sənaye şirkətləri arasında artan bir konsolidasiya mühitində reallaşır.
SIIG olaraq tanınan "Saudi Industrial Investment Group"un yaydığı açıqlamaya görə," National Petrochem"in hər səhmi qarşılığında 1,27 ədəd öz səhmini dəyişdirmək istəyir. Bu əməliyyat nəticəsində "National Petrochem"in dəyəri 24 milyard riyal (6,4 milyard dollar) olacaq.
SIIG hal-hazırda "National Petrochem"in yarısına sahib vəziyyətdədir.
Şirkətlər müzakirələrə 2020-ci ilin Sentyabr ayında başlamışdılar. (Marja)