Neft qiymətləri OPEK+ və digər iri hasilatçıların qərarından sonra cəmi 1 dollar bahalaşıb.
Eləcə də bax: Azərbaycan gündəlik neft hasilatını - 164 MİN BAREL AZALDACAQ
FED.az xəbər verir ki, bunun səbəblərindən biri hasilatın gözlənildiyindən az miqdarda azaldılması olub.
İyun ayı üçün neftin qiyməti 32,5 dollar səviyyəsdində stabilləşdi. Bu isə cümə günü birjaların bağlanması ərəfəsindəki qiymətin 3,5% yaxud 1 dollar artması deməkdir.
Amma günorta saat 11:00 üçün 1 barrel neft 1,7% dəyər itirərək 30,95 dollara qədər geriləyib.
OPEK+ ölkələrinin razılaşması bazar iştirakçılarını təəccübləndirmədi. Çünki bu razılaşma təklifin tələbi üstələməsinə nail olmayıb. Əksər ölkələrin öz neft anbarlarını doldurması da “qara qızıl”la bağlı proqnozları çətinləşdirir.
OPEK, Rusiya, Azərbaycan və digər neft hasilatçıları may və iyun ayında hasilatın 9,7 milyon barrel səviyyəsində azaldılması barədə razılıq əldə etdilər. Bu dünyanın neft istehlakının 10%-nə bərabər azalmadır. 23 ölkənin əldə etdiyi razılaşma neft qiymətləri ilə bağlı böyük ümid yaratmışdı.
Amma “Goldman Sachs” investisiya bankı dünyada koronavirusa görə, iş aktivliyinin azalması və hərəkət məhdudiyyətlərinin neftə ehtiyacı sutkada 30 milyon barrelə qədər azaltdığını proqnozlaşdırır.
“Neft qiymətlərinin bütün hasilatçılar üçün komfortlu 55-60 dollar səviyyəsinə çatması üçün hasilatın azı 30 milyon barrel azaldılması tələb olunacaq”-deyə bank verir.
Rusiyalı “Nordea Bank”ın analitikləri isə neftin bahalaşması üçün bir çox ölkələrin tətbiq etdiyi karantin tədbirlərini ləğv etməsini vacib sayır.
Xatırladaq ki, Azərbaycan nefti 25,4 dollar səviyyəsində satılır. Saziş imzalanandan bəri onun qiyməti bahalaşmayıb.
Modern