İstirahət günlərində baş tutan Neft İxrac Edən Ölkələr Birliyinin üzvlərinin görüşünün nəticəsiz başa çatmasından sonra bazar ertəsi neft üzrə qiymətlər aşağı düşməyə davam edir.
Grinviç vaxtı ilə saat 08:45-də Nyu-York əmtəə birjasında satılan WTI markalı neftin Dekabr çatdırılması 10 sent və ya 0,2% ucuzlaşaraq bir bareli 48,60$ təşkil etdi. Qeyd edək ki, bundan əvvəl Cümə günü eyni markalı neft Oktyabrın 4-dən etibarən minimum qiymətinə, yəni 48,42 dollara düşmüşdü.
Ice London birjasında Brent markalı neftin Dekabr çatdırılması 11 sent və ya 0,22% aşağı düşərək bir barelinin qiyməti 50,57 dollara çatdı. Xatırladaq ki, keçən həftənin Cümə günü eyni markalı neftin qiymətində 92 sent və ya 1,78% eniş müşahidə edilmişdi.
Londonda baş tutan sonuncu sessiya gedişatında Brent markalı neftin qiyməti OPEK tərəfindən planlaşdırılan razılaşmanın icrası ilə bağlı narahatlıqlar fonunda Sentyabrın 30-dan etibarən ən minimum qiymətə - 49,31 dollaradək aşağı düşdü.
investing.com©
OPEK-in sazişinə azalan ümidlər fonunda neft ucuzlaşır
17:23
31 Okt 2016