Aprel ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı son 30 ildə ən böyük artımı göstərib.
Eləcə də bax: OPEK sədri: Neft 40 dollara qalxacaq
FED.az xəbər verir ki, bu barədə “Bloomberg”in apardığı araşdırmada deyilir.
Xatırladaq ki, martda OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 821 min barrel artaraq gündəlik 28 milyon 610 min barrelə yüksəlib. OPEC-in dünya neft hasilatındakı payı isə 28,7 faiz olub.
Qeyd edək ki, aprelin 9-da “OPEC+” formatının 23 iştirakçı ölkəsinin imzaladığı “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri üzrə gündəlik neft istehsalının may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılması qərarlaşdırılıb.
Azərtac