Vyanada OPEC üzvü olan və təşkilata daxil olmayan neft hasil edən ölkələrin növbədənkənar iclası başlayıb. Bundan təşkilatın əsas görüşü olacaq.
Xarici KİV-lərin verdiyi məlumata görə, iclasda əvvəl OPEC baş katibi Məhəmməd Barkindo təşkilata üzv olmayan ölkələrin hasilatı gündə 600 min bareldən çox azalda biləcəyini gözlədiyini bildirib.
Baş katib əsas görüş əsasında OPEC və müstəqil istehsalçılar arasında bəyannamə imzalanmasının gözlədiyini də sözlərinə əlavə edib. O, bu sənədi tarixi adlandırıb.
Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyəti də iştirak edir.