Gələn il martın sonunda müddəti başa çatacaq, neft hasilatının azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasının müddəti daha 3-6 ay artırıla bilər.
Eləcə də bax: Rusiya OPEC+ şərtlərini bu ay - 100% YERİNƏ YETİRƏCƏK
FED.az "marja.az"-a istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) daxilində aparılan müzakirələrin iştirakçılarından biri bildirib.
Onun sözlərinə görə, həm OPEC-ə üzv olan, həm də olmayan neft istehsalçıları, o cümlədən Rusiya müddətin artırılmasının tərəfdarıdır. Bununla belə, Rusiyanın Energetika Nazirliyindən bununla bağlı şərh verilməyib.