Cari ildə qlobal xam neft tələbatının son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini gözlənilir.
Eləcə də bax: OPEC Azərbaycan üzrə hasilat proqnozunu - AZALDIB
FED.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, buna səbəb koronavirus epidemiyası ilə əlaqədar dünya iqtisadiyyatının geriləməsidir.
OPEC-ə görə, cari ildə kartelə üzv ölkələrin neft tələbatı sutkada 24 milyon 500 min barrel olacaq. Bu il qlobal neft tələbatı isə gündəlik 92 milyon 820 min barrel təşkil edəcək.
Azərtac