Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi 23 neft hasil edən ölkədən ibarət OPEC+ alyansı hasilat siyasətinin növbəti mərhələsi ilə bağlı qərar vermək üçün bazar günü iclas keçirəcək.
Neftin qiymətinə 60 dollarlıq limit qoyulacaq – DEKABRIN 5-DƏN BAŞLANIR
FED.az xəbər verir ki, səbirsizliklə gözlənilən iclas, Rusiya neftinə qarşı sanksiyalar və 60 dollar tavan qiymətinin tətbiqi, bunlar ilə əlaqədar olaraq təklifin azalacağı, qiymətlərin yüksələ biləcəyi gözləntiləri, eyni zamanda Çində xam neftə tələbatın zəifləməsi və artan tənəzzül qorxusu ərəfəsində keçirilir.
Avropa İttifaqı hökumətləri Rusiyanın dəniz yolu ilə ixrac etdiyi neftinin bir barelinin qiymətinin maksimum 60 dollar olması barədə razılığa gəlib. İttifaq dekabrın 5-dən etibarən Rusiyanın dəniz yolu ilə ixrac etdiyi xam neft alışını qadağan etməyi razılaşdırıb.
Rusiyanın xam neft idxalına qadağaların neft qiymətlərini artıra biləcəyindən qorxulur.
Eyni zamanda, Çindəki zəif tələb OPEC+u narahat edir və azalan tələbə görə hasilatın daha çox azaldılması nəzərdən keçirilə bilər. (Marja)