"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) yeni bir razılaşma çərçivəsində neft hasilatının bu ilin may ayından iyul ayının axırına kimi azaldılmasına dair danışıqlar aparır.
Eləcə də bax: “OPEC+" iştirakçılarının əksəriyyəti neft hasilatını - AZALTMAĞA HAZIRDIR
FED.az xəbər verir ki, bu barədə OPEC-də olan mənbələr bildirir.
"Düşünürəm ki, müqavilə may ayında bağlana bilər, çünki aprel ayı üçün neftin tədarükü artıq planlaşdırılıb", - deyə mənbə qeyd edib.
Qeyd edək ki, "OPEC+" iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-da təyin edilib.
Azərbaycanda da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, martın 6-da "OPEC+" (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.
Apa