OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.
Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə aprelin 6-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulurdu.
Report