2021-ci ilin sonunda “OPEC”ə üzv olmayan ölkələrin neft tədarükünün sutkalıq həcmi 0,7 milyon barel artaraq 63,6 milyon barelə çatacaq.
Eləcə də bax: “OPEC+” üzvləri kvotadan artıq neft - Hasil Edib
FED.az xəbər verir ki, bu göstərici mart ilə müqayisədə sutkada 0,2 milyon barel azdır.
Proqnozun pisləşməsi əsasən bu ilin fevralında şaxtalar və qar fırtınaları səbəbilə ABŞ-da hasilatın 2,2 milyon barel azalması ilə əlaqədardır.
“OPEC” həmçinin, uzun müddətdir davam edən təmir mövsümü səbəbilə Norveç və Kanadadakı hasilatla bağlı proqnoz göstəricilərini azaldıb. (Report)