Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri ilə daim təmasdadır və sözü gedən formatın iştirakçılarının çoxu aprelin 6-da görüşün keçirilməsi ideyasını dəstəkləyir.
Eləcə də bax: Putin: “Rusiya OPEC+ çərçivəsində danışıqlara hazırdır”
FED.az xəbər verir ki, bu barədə OPEC katibliyinin görüşə hazırlığı planları ilə tanış olan mənbə bildirib.
“İştirakçıların əksəriyyəti neft hasilatını azaltmağa hazırdır, konsensus ehtimalı çoxdur”, - deyə mənbə qeyd edib.
Buna baxmayaraq, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.
Apa