Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais 2023-cü ildə neft bazarının perspektivlərinə nikbin baxır, çünki dünya tədricən inflyasiyanı cilovlamağa nail olur.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadla xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Dediyim kimi, biz müsbət proqnozları saxlayırıq. Tələbat artımı həqiqətən 2023-cü ildə yavaşlayacaq, lakin bu yavaşlama orta statistik çərçivədən kənara çıxmamalıdır”, – Heysəm əl-Qais qeyd edib.
Onun fikrincə, dünya inflyasiya təzyiqləri ilə kifayət qədər yaxşı mübarizə aparır.