Brent neftin qiyməti, OPEC + danışıqlarının ləğvi ilə əlaqədar 2018-ci ilin 29 Oktyabr tarixindən bəri ilk dəfə 77 dolları keçib. FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:57-də Brent nefti 1,3% bahalaşma ilə 77,16 dollardan ticarət olunub.
OPEC + neft ittifaqı parçalanmaq ərəfəsindədir
Sonuncu dəfə Brent markalı neftin bir barelinin qiyməti 77 dolları 29 oktyabr 2018-ci il tarixində keçmişdi.
Neftin bahalaşmasına OPEC + ölkələrinin nazirlərinin 5 iyul tarixinə planlaşdırılan görüşünün ləğv edilməsidir.
OPEC + ölkələrini təmsil edən nazirlərin 5 iyul tarixli toplantısının ləğv edilməsi qərarı Səudiyyə Ərəbistanının Energetika naziri Şahzadə Abdel Əziz bin Salman və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksander Novak-ın apardıqları danışıqlardan sonra verilib. Toplantının ləğvi ilə əlaqədar OPEC baş katibi Məhəmməd Barkindo OPEC + nümayəndə heyətlərinin başçılarına məktub göndərib.
"Yeni iclasın tarixi açıqlanacaq və sizə məlumat verəcəyik", - məktubda deyilir.
Nazirlər konfransının sədri və həmsədri adından Barkindo iclasın ləğvi ilə əlaqədar narahatlığa görə üzr istəyib.
Bir neçə mənbə, OPEC + ölkələrinin yeni bir qərar qəbul edilənə qədər mövcud istehsal səviyyələrinə sadiq qalacaqlarını söyləyib. Mövcud müqaviləyə əsasən, OPEC + ölkələri may ayından iyul ayının sonuna qədər neft hasilatını 2,1 milyon barel həcmində bərpa edirlər. Yəni, iyulun sonunda hasilatın azaldılması gündəlik 5.7 milyon barel təşkil edəcək.
Bu gün iclas Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi, lakin nazirlər arasında qeyri-rəsmi telefon danışıqları səbəbindən iclas təxirə salındı. İki saatdan çox müddətdən sonra nümayəndə heyətləri bu gün heç bir rəsmi iclas olmayacağını bildirməyə başladılar.
Müttəfiqlər hasilatın bərpa edilməsini avqust ayından etibarən davam etdirməyi və bu ilin sonuna qədər bazara 2 milyon barel əlavə neft təklif etməyi planlaşdırırdılar, lakin razılaşmanın hansı parametrlər ilə uzadılması barədə razılığa gələ bilmirlər.
Cümə axşamı və cümə günü aparılmış danışıqlarda avqust-dekabr dövründə neft istehsalının hər ay gündəlik 400 min barel artırılması (5 ayda cəmi 2 milyon barel) və mövcud hasilatın azaldılması razılaşmasının 2022-ci ilini sonuna qədər uzadılması təklifi üzv ölkələrin əksəriyyəti tərəfindən dəstəklənərkən, danışıqlar Birləşmiş Ərəb Əmrliklərinin "istehsal kvotasının artırılması" istəyi səbəbiylə nəticəsiz qalır.(marja)