Ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 481 min barel səviyyəsində olub, bu da 2023-cü ilin göstərici (503 min barel) ilə müqayisədə 22 min barel azdır.
Nazir: "Ötən il xaricə qaz satışı 6 faizədək artıb"
FED.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verilir.
Hesabata əsasən, ötün ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 485 min barel səviyyəsində olub, bu da noyabr ayının göstərici ilə müqayisədə 2 min barel azdır.
Sənəddə bildirilir ki, bu ilin dördüncü və üçüncü rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 486 min barel, ikinci rübündə 475 min barel, birinci rübündə isə 477 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan ötən ilin dekabr ayında "OPEC+" çərçivəsində kvotadan 66 min barel geridə qalıb. (Apa)